“Naxçıvanda Arxeoloji tədqiqatlar ” albom-kitab işıq üzü görüb

Bu günlərdə Naxçıvan MR-nın Ali Məclis Sədrinin məsləhəti ilə daha bir yeni nəşr, “Naxçıvanda Arxeoloji tədqiqatlar” albom-kitab işıq üzü görüb. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı Türkanə Bəylərlinin bildirdiyinə görə, yeni nəşr Naxçıvan ərazisinin zənginliyindən, II Kültəpə və I Maxta Kültəpəsinin Erkən Tunc (Kür-Araz) təbəqəsinin tədqiqatlarından, Dəmir dövrünə aid Оğlanqala qədim yaşayış yerində 2006-cı ildən aparılan arxeоlоji qazıntıların ilkin nəticələrindən, eyni zamanda qazıntılar zamanı aşkara çıxarılan əmək, məişət və bəzək əşyalarından bəhs edir. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Səfər Aşurovun, Amerika Pensilvaniya Universitetinin professorları Lauren Ristvetin və Hilary Gopnikin hazırladıqları albom-kitab üç dildə-Azərbaycan, rus və ingillis dillərində nəşr olunub. AMEA Naxçıvan Bölməsinin və Amerika Pensilvaniya Universitetinin Naxçıvanın arxeoloji abidələri haqqında birgə hazırladıqları “Naxçıvanın Arxeoloji Proyekti” adlı www.oglanqala.net yeni sayt üç dildə-Azərbaycan, rus və ingillis dillərində ictimaiyyətə təqdim edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO