Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində ixtisasca jurnalist Natalya Nikitinanın əsərlərindən ibarət fərdi yaradıcılıq sərgisi açılıb. N.Nikitina naxış tikmə ilə yaratdığı əsərlərini ilk dəfə nümayiş etdirdiyini bildirib. Sərgidə onun müxtəlif janrlarda 50-dən artıq əsəri təqdim olunur. Məlumt üçün bildirək ki, sərgi 10 gün davam edəcək.