Ən yaxşı internet hansı ölkədədir?

www. şəbəkəsini quraraq internetin atası ləqəbini alan Tim Berners-Lee-yə aid World Wide Web Fondu internetin sosial və siyasi faydasını dəyərləndirmək məqsədilə 61 ölkənin 7 fərqli kateqoriyasını sıralayıb. SİA-nın məlumatına görə, sıralamada ilkin meyar olaraq nə qədər adamın internetə qoşulmasına və istifadə etməsinə baxılıb. Nəticədə, ilk onluğa düşənlər arasında Kanada, Yeni Zelandiya və Avstraliya kimi zəngin ölkələr var. Onluqdakı ölkələrdən altısının ingilis dili bilmə qabiliyyəti diqqət çəkib. Digər dörd ölkə arasında Norveç, İsveç və İsveçrə yer tutub. Türkiyə isə 27-ci yerdə qərarlaşıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO