“Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri ” kitabsevərlərin ixtiyarında

"Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri" kitabsevərlərin ixtiyarındaDekabrın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin yeni çapdan çıxmış “Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi baş tutub. “TÜRKSOY kitabxanası” seriyasından Ankarada nəfis tərtibatla çap edilmiş 448 səhifəlik bu kitab Azərbaycan və Türkmənistan prezidentlərinin xalqlarımızın dostluğu və qardaşlığı haqqında dedikləri xoş sözlərlə başlayır. Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və başqaları çıxış edərək M.Fəraqinin zəngin yaradıcılığından, onun türkmən yazılı ədəbiyyatındakı böyük xidmətlərindən danışıblar. Tədbirdə Azərbaycan Xalq artistləri Nurəddin Mehdixanlı və Laləzar Mustafayeva M.Fəraqinin şeirlərini səsləndiriblər. Tədbir iştirakçıları türkmən şairinin həyat və yaradıcılığına həsr edilmiş kitab və dövri mətbuat materiallarından ibarət sərgi ilə tanış olublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO