“Musa Yaqubun poeziyası “

Şairin poeziyası təhlil olunub Xalq şairi Musa Yaqub haqqında kitab yazılıb. Allehverdi Eminovun yazdığı “Musa Yaqubun poeziyası” adlı kitab yaxın günlərdə nəşr olunacaq. Bu barədə “OLAYLAR”a M.Yaqub məlumat verib. Məlumata görə, kitabda M.Yaqub poeziyasının təhlili, onun əsərlərinin Azərbaycan poeziyasındakı yeri, 60-70-ci illərin peoziyasının ümumi mənzərəsi və sairə təhlil olunub. 350 səhifəlik təhlil kitabına M.Yaqubun bir neçə şeiri də daxil edilib. Şair onu da bildirib ki, seçilmiş şeirlərindən ibarət kitabı da nəşr olunacaq: “”Payıza baxıram” adlı kitab çap olunmaq üzrədi. Bu kitabda seçmə şeirlərim yer alıb. Yəni daha çox istədiyim şeirlərim bu kitabda olacaq. Bu səbəbdən də “Payıza baxıram” mənim üçün önəmlidi və ondan gözləntim çoxdu”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO