MTRŞ teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün treninq kurslar təşkil edəcək

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün treninq kurslarının təşkilinə başlayır. MTRŞ-dan APA-ya verilən məlumata görə, oktyabrın 30-dan dekabrın 11-dək keçiriləcək kurslar “Teleradio yayımına dair qanunvericiliyin tələbləri və yayımçıların proqram siyasəti”, “Milli-mənəvi dəyərlərin qorunması və tətbiqi sahəsində teleradio yayımçıları qarşısında duran vəzifələr”, “Şou proqramlar – şou problemlər”, “Aparıcıların peşəkarlıq səviyyəsinin artırılması”, “Radio yayımçılarının proqram siyasəti” mövzularında təşkil ediləcək. Kurslarda trener kimi Cahangir Məmmədli, Rizvan Cəbiyev, Ələsgər Məmmədli, Qulu Məhərrəmli, Sabir Ələsgərov və digər şəxslərin iştirakı nəzərdə tutulur.

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO