MTRŞ-da milli televiziya filmlərinin istehsalı ilə bağlı dəyirmi masa keçiriləcək

Sentyabrın 16-da Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalı” mövzusunda dəyirmi masa keçiriləcək.

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda rejissorlar, kino və televiziya sahəsində mütəxəssislər iştirak edəcək. Tədbirdə ölkə prezidentinin milli televiziya filmlərinin istehsalı ilə bağlı fərmanından irəli gələn vəzifələr və problemlər müzakirə ediləcək

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO