MTRŞ bu gün ANS-in məsələsinə baxacaq

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçiriləcək. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, iclasda cari məsələlər, teleradio məkanındakı mövcud vəziyyət və ANS televiziyası ilə bağlı məsələ müzakirə olunacaq: ”Sözügedən kanalda insan və heyvan arasındakı münasibətlərə həsr olunmuş qeyri-etik xarakterli, biabırçı bir səhnə efirə verilib. Bununla bağlı ciddi müzakirə aparılacaq”.
Şuradan verilən məlumata görə, ANS telekanalında yayımlanan “Ağlasığmaz həqiqətlər” verilişi artıq iki dəfə efirə verilib. Veriliş ilk dəfə ötən ilin dekabrında yayımlanıb, aprelin 18-i saat 22.45-də isə təkrar efirə gedib. Verilişin MTRŞ-nın “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotika və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ı pozduğu, qeyri-ənənəvi seksual münasibətləri yaydığı bildirilir.//APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO