Azərbaycan Mətbuat Şurası milli mətbuatın 135 illiyilə bağlı keçiriləcək tədbirləri müəyyənləşdirib.
“Milli mətbuatın 135 illiyi münasibətilə iyulun 21-də “Gülüstan” sarayında böyük tədbirin keçirilməsi nəzərdə tutulur”. Bu barədə cümə axşamı Trend News-a Mətbuat Şurasından bildirilib. Milli mətbuatın 135 illiyi ərəfəsində Şuranın həbsdə olan jurnalistlərin əfv olunması üçün müvafiq dövlət qurumlarına mürciət edəcəyi də gözlənir. “Şura kütləvi informasiya vasitələri nümayəndələrinin təltif olunması ilə də bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edəcək”, – məlumatda qeyd edilir.