Mətbuat Şurasının rəhbərliyi Müşfiq Hüseynovla görüşüb.Prezidentə müraciət ünvanlanacaq

Mətbuat Şurasının sədri Əflatun Amaşov, şuranın icraçı katibi Rəhim Hüseynzadə və qurumun İdarə Heyətinin üzvü Qafar Çaxmaqlı Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində məhbus jurnalist Müşfiq Hüseynovla görüşüblər.

“Media forum” saytı xəbər verir ki, görüş dekabrın 7-də olub. Ə.Amaşovun sözlərinə görə, M.Hüseynovun saxlanma və müalicə şəraitinə diqqət yetirilir, onun müalicəsi davam etdirilir: “Həkimlərin və özünün söylədiyinə görə səhhətində müəyyən irəliləyişlər var. Bəzilərinin dediyi kimi, ölüm ayağında deyil”.

Ə.Amaşov M.Hüseynovun əfvi ilə bağlı Mətbuat Şurasının president İlham Əliyevə müraciət unvanlayacağını da bildirib. Şura sədri bunun üçün kifayət qədər əsasın olduğunu söyləyib: “Ciddi xəstə olduğu məlumdur. Cəzasının yarıya qədərini çəkib. Evdə iki azyaşlı övladı var. Jurnalist özü də bir müddət əvvəl əfv edilməsi ilə bağlı ölkə prezidentinə müraciət ünvanlayıb”.

M.Hüseynov 2007-ci ilin iyulunda zorla pul tələb etməkdə ittiham olunaraq 6 il müddətinə həbs edilib. Sonradan onun cəzası 5 ilə endirilib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO