Mətbuat Şurasının “reket” jurnalistikaya qarşı mübarizə komissiyası bu ay iki iclas keçirəcək

Azərbaycan Mətbuat Şurasının “reket” jurnalistikaya qarşı mübarizə komissiyası bu ilin sonunadək daha 2 iclas keçirəcək. Şuradan APA-ya verilən məlumata görə, iclasların biri gələn həftə keçiriləcək və daha hansı nəşrlərin adlarının “qara siyahı”ya salınacağı müzakirə ediləcək. Digər iclasda isə komissiyanın ilboyu gördüyü işlər ətrafında söhbətlər aparılacaq və İdarə Heyətinə yekun sənəd təqdim olunacaq.

Komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, qurumun növbəti rəylərinin çıxarılmasında ilin son üç ayında daxil olan şikayətlərdə əksini tapan motivlər əsas götürüləcək. Komissiya araşdırmaların yekununda etik prinsiplərə sayğısızlıq göstərən, peşə fəaliyyəti ilə bir araya sığmayan hallara yol verən KİV-lərə qarşı hansı ictimai qınaq metodunun seçilməsinə qərar verəcək. Bu metodlar arasında xəbərdarlıq, həmin KİV-in “reket nəşr” adlandırılmaqla şuranın “qara siyahı”sına daxil edilməsi, yaxud fəaliyyətində dönüş yaratmaq üçün ona vaxt verilməsi ola bilər.

V. Rəhimzadə şikayətlərin daha çox regionlardan daxil olduğunu deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO