Mətbuat Şurasının Şikayətlər Komissiyasının növbəti iclası keçirilib

20 noyabr Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan APA-ya daxil olan məlumat görə, iclasda H. Qasımov adına 1 saylı Doğum Evinin mama-ginekoloqu Arzu Əliyevanın “Mozalan” jurnalı ilə bağlı şikayətinə baxılıb. Komissiya nəşrdə 2009-cu ilin oktyabr ayında həmin həkim barəsində gedən mətni, təsviri, həmçinin seçilən metodu “reket jurnalistika”ya xas üsul kimi dəyərləndirib. Nəşrin fəaliyyətinin Şuranın “Reket” jurnalistikaya qarşı mübarizə Komissiyası tərəfindən də araşdırılması, yekunda məsələnin MŞ İdarə Heyətində müzakirəsi qərara alınıb.

Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının “Zirvə” qəzeti ilə bağlı müraciətinin müzakirəsi də qəzetə xəbərdarlıq olunması barədə rəyin qəbulu ilə yekunlaşıb. Komissiya bu rəyə nəşrin son sayındakı çoxsaylı dil, üslub xətalarını, 50-yə yaxın “anons”un verilməsi, əksər yazıların etik prinsiplərə aşkar sayğısızılıqla təqdimatını nəzərə alaraq gəlib.

İclasda, həmçinin “Son söz” və “Sağlam xəbər” qəzetləri ilə bağlı şikayətlərə də baxılaraq müvafiq qərarlar çıxarılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO