APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov həmin hadisələr zamanı 150-yə yaxın insanın həlak olduğunu və bunun Azərbaycan xalqının faciəli tarixi olduğunu vurğulayıb. MŞ sədri bu faciə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında jurnalistlərin böyük rolunun olduğunu deyib. O zaman nəşr edilən “Səhər” qəzetinin baş redaktoru olmuş Məzahir Süleymanzadə isə bildirib ki, 20 Yanvarla bağlı ilk informasiyaları yayan mətbuat orqanlarından biri də onun rəhbərlik etdiyi qəzet olub: “Faciə günlərində “Səhər” qəzeti 2 milyon tirajla çap olunurdu. Qəzeti çıxarmaq və yaymaq həmin
vaxtlar təhlükəli olsa da, “Səhər”in kollektivi bu işin öhdəsindən hünərlə gəldi”. “Zaman-Azərbaycan” qəzetinin baş redaktor Enes Cansevər isə 20 Yanvar faciəsi ilə bağlı ilk xəbərlərin dünya ictimaiyyətinə çatdırılmasında “Zaman” qəzetinin böyük rolunun olduğu vurğulayıb. Baş redaktor deyib ki, qəzet 20 Yanvar faciəsinin 20 illiyi münasibətilə ilə xüsusi buraxılış çap edib.
Tədbirdə “Səhər – güllələnmiş qəzet” kitabının təqdimatı keçirilib.