Mətbuat Şurası prezidentdən jurnalistlərin əfv olunmasını istəyir

Day.az saytının ANS TV-yə istinadən verdiyi məlumata görə, MŞ sədri Əflatun Amaşov bu kimi müraciətin göndərilməsi məsələsinin jurnalistlərin V qurultayında qaldırıldığını deyib. Onun sözlərinə görə, qurultay nümayəndələri Mətbuat Şurasına yaxın vaxtlarda bunun həyata keçirilməsini həvalə ediblər. Müraciətdə deyilir ki, Qənimət Zahid, Mizə Sakit və Eynulla Fətullayevin azadlığa çıxması jurnalistlərin ailələrinə qovuşması, kollektivlərinə qayıtması ilə yanaşı, həm də ölkənin beynəlxalq imicinə müsbət təsir göstərəcəkdir.

Mənbə: day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO