Mətbuat Şurası milli mətbuatın 135 illiyilə bağlı tədbirlər planını Zərdabdan başlayacaq

Azərbaycan Mətbuat Şurası milli mətbuatın 135 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb. Şuranın sədri Əflatun Amaşov APA-ya bildirib ki plana əsasən Bakıda və rayonlarda tədbirlər keçiriləcək: “Biz bu tədbirlərə Həsən bəy Zərdabinin doğulduğu Zərdab rayonundan başlayacağıq”.

Ə.Amaşov xatırladıb ki bu vaxta qədər Mətbuat Şurası Milli Mətbuat Gününə həsr olunmuş tədbirləri Prezident Administrasiyası ilə birgə keçirirdi: “Artıq mətbuatla bağlı fond yaradılıb və biz bu il tədbirləri KİV-ə Dövlət Dəstəyi Fondu ilə birgə keçirəcəyik”.

Ə.Amaşov iyulun 22-də – Milli Mətbuat Günündə ümumi tədbirin keçiriləcəyini burada medianın inkişafında xidmətləri olan şəxslərə milli media mükafatının təqdim edəcəyini söyləyib. O bildirib ki bu mükafat MŞ-nin təşkil etdiyi münsiflər heyətinin müəyyənləşdirdiyi şəxslərə təqdim olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO