Mətbuat Şurası “KİV-in hüquqi tənzimlənmə mexanizmləri” mövzusunda təlim kursu keçirib

Azərbaycan Mətbuat Şurası Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Təlim kurslarının təşkili, media peşəkarlığının artırılmasında başlıca amil kimi” layihəsi çərçivəsində növbəti kursunu keçirib.

Şuradan APA-ya verilən məlumata görə, “KİV-in hüquqi tənzimlənmə mexanizmləri” mövzusunda baş tutan təlim kursunda məşğələni hüquqşünas Ələsgər Məmmədli aparıb.

Ə.Məmmədli media təmsilçilərinə KİV təsisi və əldə edilməsi, xarici hüquqi və fiziki şəxslərə qoyulan məhdudiyyətlər, KİV və mülkiyyət hüququ, KİV-in hüquqi vəziyyəti, məlumat azadlığı prinsipi, elektron KİV və hüquqi tənzimləmə və s. məsələlərlə bağlı məlumat verib.

Qeyd edək ki, Şura dekabr ayı ərzində bir neçə digər mövzularda da məşğələlərin təşkilini nəzərdə tutur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO