Azərbaycan Mətbuat Şurası 2009-cu ilin yekunlarına dair hesabatını 2010-cu il yanvar ayının ortalarına qədər içtimaiyyətə açıqlayacaq. Bu barədə SİA-ya Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Şura sədri bildirib ki, bu, qurumun hər il verdiyi ənənəvi hesabatlarındandır. Onun sözlərinə görə, gələn ilin birinci ayının ilk yarısında açıqlanacaq hesabat il ərzində şuranın ayrı-ayrı istiqamətlərdə gördüyü işlər və həyata keçirdiyi tədbirləri əhatə edəcək: “Eyni zamanda Mətbuat Şurasının istər ictimaiyyətlə olsun, istər də hakimiyyətlə olsun, keçirdiyi tədbirlər yekun hesabatda öz əksini tapacaq”.
SIA