Mətbuat Şurası ATƏT-in Bakı Ofisi ilə birgə Peşə Kodeksinə dair ikinci Dəyirmi Masa keçirəcək

Sentyabrın 1-i saat 12.00-da Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı Ofisi ilə birgə layihəsi çərçivəsində ikinci Dəyirmi Masa keçiriləcək.

MŞ-nin ofisində baş tutacaq tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlərlə bağlı tövsiyələr müzakirə olunacaq.

Qeyd edək ki, bu il avqustun 12-də MŞ və ATƏT-in Bakı ofisinin birgə təşkil etdiyi Dəyirmi Masada peşə davranışı qaydalarına əlavə və düzəlişlərlə bağlı tövsiyələr nəzərdən keçirilmiş və sənədin təkmil variantının hazırlanması üçün işçi qrup formalaşdırılmışdı. MŞ İdarə Heyəti üzvlərinin, ATƏT-in Bakı Ofisin təmsilçisinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV rəhbərlərinin və media ekspertlərinin daxil olduğu qrup avqustun 30-də baş tutan iclasda tövsiyələrə bir sıra düzəlişlər edərək onu ümumi diskussiyaya çıxarmaq üçün məqbul sayıb. Xatırladırıq ki, Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı Ofisi bu ilin martında jurnalistlərin peşə davranışı qaydalarını təkmilləşdirmək və diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək üçün birgə layihəyə start verib. Layihə çərçivəsində sentyabrın ilk ongünlüyündə beynəlxalq ekspertlərin də iştirakı ilə konfransın keçirilməsi planlaşdırılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO