Mətbuat Şurası adında “Naxçıvan ” sözü olan qəzetlərin fəaliyyətini araşdırıb

Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirliyi adında “Naxçıvan” sözü olan qəzetlərin sayının və fəaliyyətinin araşdırılması xahişi ilə Mərbuat Şurasına müraciət edib.

“Müraciət əsasında apardığımız araşdırmalar zamanı məlum oldu ki, belə qəzetlərin əksəriyyətinin təsisçiləri və baş redaktorları əslən Naxçıvandan deyillər” – bu sözləri Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Mətbuat Şurası mütəmadi olaraq Azərbaycanda reketliklə məşğul olan qəzetlərin adlarını açıqlayır. Sonuncu belə siyahıda, adında “Naxçıvan” sözü olan qəzetlər də olub.

Azərbaycanda 3300-dən çox KİV qeydiyyatdan keçib. İndiki dövrdə onlardan yalnız 600-ü fəaliyyət göstərir. 400 qəzet və jurnal, 20-dən artıq televiziya kanalı fəaliyyət göstərir. 50 elektron KİV fəaliyyət göstərir ki, bunlardan 20-si informasiya agentlikləri, digərləri isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, bir çoxları adında “Naxçıvan” sözü olan qəzetlər təsis edərək, reketlik fəaliyyəti göstərirlər.

“Biz bu qəzetlərin əksəriyyətinin reketliklə məşğul olduğu barədə məlumat vermişik və bir neçə qəzetin fəaliyyətinin dayandırılmasına nail olmuşuq” – deyə şura sədri bildirib.

Fəaliyyəti dayanan qəzetlər bunlardır: “Ulu Naxçıvan”, “Naxçıvan bu gün”, “Böyük Naxçıvan”, “Naxçıvan Media+”, “Naxçıvanın səsi”, “Müasir Naxçıvan” və “Nyu Naxçıvan.az”

www.vesti.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO