“Mətbuat ombudsmanının yaradılması əslində “İnformasiya almaq haqqında” qanunun üzərində iş aparılmasıdır”

“Mətbuat ombudsmanının yaradılması əslində “İnformasiya almaq haqqında” qanunun üzərində iş aparılmasıdır. Bu, yalnız jurnalistlərə aid olan bir iş deyil. Hər bir vətəndaşın haqqı var ki, istənilən dövlət qurumundan məlumat alsın”. APA-nın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, bu istiqamətdə geniş iş aparılmalıdır: “Bizim altı ay vaxtımız var. İlk səsvermədən sonra gərək bu konstitusiya qanununa ikinci dəfə səs verilsin və o qüvvəyə minsin. Mən bu müddəti səmərəli istifadə etmək istəyirəm. Artıq jurnalistlərlə görüşüm olub. Nəinki informasiya alanlarla, eyni zamanda informasiya daşıyıcısı olan şəxslərlə də işləmək lazımdır. Onlar da bu qanuna riayət edərək istənilən suala qanun çərçivəsində cavab verməyə hazır olsunlar”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO