“Mətbuatı məhkəmələrdən qoruyaq” hərəkatı fəaliyyətə başladı

Azərbaycan mətbuatının gələcəyi ilə bağlı Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və bu sıradan olan müxtəlif jurnalist təşkilatları inkişaf naminə nə qədər addımlar atsa da, KİV-ə qarşı xoşagəlməz bir hərəkət vəziyyəti çətinə salır.
Mətbuata yönəlik məhkəmə iddialarını da bu münasibətintin tərkib hissəsi hesab etmək olar. Artıq iki qəzet- “Ölkə” və“Yeni Müsavat” məhkəməyə çəkilib. Birincidən Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva, ikincidən isə akademik, deputat Cəlal Əliyev şikayətçidir. Hər iki iddia icraata götürülüb.

Buna etiraz olaraq bir qurup jurnalist “Mətbuatı məhkəmələrdən qoruyaq” şüarı ilə Müdafiə Komitəsi yaradıb. Müdafiə Komitəsinin həmsədrləri Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu və Demokratik İslahatlar Uğrunda Cəmiyyətin sədri Oktay Gülalıyevdir. Komitə 6 apreldə saat 12.00-da RATİ-nin ofisində mətbuat konfransı keçirib ictimaiyyəti məlumatlandıracaq.

Müdafiə Komitəsinin həmsədri Ceyhun Musaoğlu əməkdaşımızla cöhbətdə məqsədlərinə belə aydınlıq gətirib: “Bu son olsun. Biz istəyirik Mətbuat Məhkəmələrdən Qurtuldu günü müəyyənləşdirək. Hər il o günü bayram edək. Başda Mətbuat Şurası olsun, RATİ olsun, Arif Əliyev olsun… fərq etməz. Biz hərakata başlayırıq. Və qalib gələcəyik. Bizim qələbəmiz, bizi məhkəməyə verənlərin də qələbəsi olacaq”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO