Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Mətbuat Şurası «Davamlı insan inkişafı» istiqaməti üzrə kurslara start verib.
Şuradan SalamNews-a verilən məlumata görə, kurslarda «Media və dövlətçlik», «İnsan inkişafı konsepsiyası – inkişafın yeni paradiqması kimi», «Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlət siyasətinin KİV-də işıqlandırılması», «Davamlı insan inkişafında elm gbstəriciləri», «Təhsilin inkişafında KİV- in rolu», «Qloaballaşma və KİV», «Media və onun özünütənzimləmə mexanizmləri» və sair mövzularda müxtəlif sahələrlə bağlı tanınmış mütəxəssislərin məruzələri dinləniləcək.
Bildirək ki, ölkənin aparıcı kütləvi informasiya vasitələrindən nümayəndələrin qatıldıqları kurslar aprelin 28-dən may ayının 2-dək keçiriləcək və sonda iştirakçılara müvafiq sertifikatlar veriləcək.
– See more at: http://salamnews.org/az/news/read/123984#sthash.SnmGwlRN.dpuf