MŞ «Davamlı insan inkişafı» istiqaməti üzrə kurslar keçirir

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Mətbuat Şurası «Davamlı insan inkişafı» istiqaməti üzrə kurslara start verib.

Şuradan SalamNews-a verilən məlumata görə, kurslarda «Media və dövlətçlik», «İnsan inkişafı konsepsiyası – inkişafın yeni paradiqması kimi», «Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlət siyasətinin KİV-də işıqlandırılması», «Davamlı insan inkişafında elm gbstəriciləri», «Təhsilin inkişafında KİV- in rolu», «Qloaballaşma və KİV», «Media və onun özünütənzimləmə mexanizmləri» və sair mövzularda müxtəlif sahələrlə bağlı tanınmış mütəxəssislərin məruzələri dinləniləcək.

Bildirək ki, ölkənin aparıcı kütləvi informasiya vasitələrindən nümayəndələrin qatıldıqları kurslar aprelin 28-dən may ayının 2-dək keçiriləcək və sonda iştirakçılara müvafiq sertifikatlar veriləcək.

– See more at: http://salamnews.org/az/news/read/123984#sthash.SnmGwlRN.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO