Mərkəzləşdirilmiş kitabxana sistemlərinin veb-saytları

Quba, Beyləqan, Ağdaş və Neftçala rayonlarında mərkəzləşdirilmiş kitabxana sistemlərinin veb-saytları yaradılıb. Quba rayon Mərkəzi Kitabxanasının saytında (www.quba-information.az) rayonun tarixi və turizm potensialı ilə əlaqədar informasiya yerləşdirilib.
Ağdaş rayon Mərkəzi Kitabxanasının saytında (www.agdash-mks.az) rayonun tanınmış simalar haqqında geniş məlumat verilib. Yaxın vaxtlarda kitabxanada “Elektron kataloq” və “Elektron kitabxana” bölməsi oxucuların istifadəsinə təqdim ediləcək.
Beyləqan rayon Mərkəzi Kitabxanasının saytında (www.beyleqaninfo.webs.com-da) rayonun tanınmış şəxsiyyətləri, təbiəti haqqında, habelə qədim Beyləqan şəhəri, onun qalıqları barədə materiallar yer alıb.
Neftçala rayon Mərkəzi Kitabxanasının saytında (www.neftcala-mks.az) da rayon, onun iqtisadiyyatı, elmi potensialı, ziyalıları haqqında ətraflı məlumat yerləşdirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO