MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI İXTİSASLAŞDIRILMIŞ KURSLARI DAVAM ETDİRİR

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI İXTİSASLAŞDIRILMIŞ KURSLARI DAVAM ETDİRİR Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar sentyabrın 1-dən 3-dək regionlarda başlatdığı seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar sentyabrın 2-də öz işini davam etdirir.
AzərTAc xəbər verir ki, kurslar dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulmuşdur.
Kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri “Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, “Seçki prosesində seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu”, “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzularında mühazirələr oxuyacaq, mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO