Moskvada jurnalist təhsili imkanı

Moskva Dövlət Linqvistika Universitetində “Müasir jurnalistika. Ustalığın əsasları” 2 illik proqramına dinləyici qəbulu üçün müsabiqə elan edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, müsabiqədə rus dilində sərbəst danışmağı və yazmağı bacaran humanitar profilli ali təhsilli və ya kütləvi informasiya vasitələrində iş təcrübəsi olan ali təhsilli Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər 2010-cu il sentyabrın 7-dən 21-dək hər gün saat 10.00-dan 17.00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) TQDK-da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün namizədlər ali təhsil haqqında sənədin əsli və surətini, şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini, KİV-də iş təcrübəsi olması haqqında arayışı, KİV-də dərc edilmiş materialları və hərbi bileti müvafiq komissiyaya təqdim etməlidirlər. Müsabiqə 2010-cu il sentyabrın 22-də keçiriləcək. Müsabiqə 2 mərhələdən ibarətdir. I mərhələdə namizədin rus dilində danışıq qabiliyyəti yoxlanılacaq. Bu mərhələni müvəffəqiyyətlə verən namizədlər II mərhələyə buraxılacaqlar. İkinci mərhələdə namizədlər verilmiş mövzuda rus dilində esse (inşa) yazacaqlar. Müsabiqəni uğurla verən 5 nəfər Moskva Dövlət Linqvistika Universitetində dinləyici kimi iştirak etmək hüququ qazanacaq.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO