“Azərbaycan Respublikasının Misirin “Moheet” xəbər saytında yerləşdirilmiş xəritəsində Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikasının (MR) Ermənistan ərazisi kimi göstərilməsi texniki səhvdir”. Bu sözləri APA-ya açıqlamasında saytın baş redaktoru Mustafa Zəki deyib. Baş vermiş yanlışlığa görə Azərbaycan dövlətindən və xalqından üzr istəyən M. Zəki problemin tezliklə aradan qaldırılacağını bildirib.Qeyd edək ki, 2009-cu il dekabrın 14-18-də Bakıda Misir kino həftəsinin keçirilməsi haqqında Moheet.com saytında yerləşdirilmiş yazıda əks olunmuş xəritədə Dağlıq Qarabağ və Naxçıvan MR Ermənistan ərazisi kimi göstərilib.
Apa