Modern.az Türkiyənin taninmış saytları ilə əməkdaşlıq edəcək

Bakıda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel Modern.az- ın qonağı olub.
Redaksiya heyəti ilə tanış olan sədr saytın fəaliyyətini yüksək qiymətləndirib. Müzakirələrdən sonra yaxın gələcəkdə federasiyanın xətti ilə Türkiyənin aparıcı online xəbər resursları ilə Modern.az arasında təcrübə mübadiləsinin aparılması ilə bağlı razılığıa gəlinib. Baş tutacaq əməkdaşlıq yalnız kadr hazırlığına yönəlməyəcək, bu layihəyə eyni zamanda saytın yenidən qurulması, texniki bilik və bacarıqların mənimsənilməsi də daxildir. Bir sözlə bu əməkdaşlıqda ölkələrimiz arasında online media bağlılığı yaratmaqla Türk-Avropa modelinin tətbiqi nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO