” Mənim könlüm müəllimdir “


” Mənim könlüm müəllimdir.”
Мən qələminə və ona qismət olmuş məsul işlərə möhkəm bağlı olan böyük vətəndaş ziyalımız Rəşid Mahmudovu yada salıb, onun həyat fəaliyyətini göz önünə gətirəndə həmişə dahi Xaqaninin bu beytini xatırlayıram:
Mənim könlüm müəllimdir
Dizim üstə dəbistani,
О şagirdəm ki, öyrəndim
Sükut ilə əlifbani
Bəli, Rəşid müəllim bütün həyat fəaliyyəti boyu ömrün əlifbasını oxuyub öyrənməkdən bezməmiş öyrənmişdir,öyrətmişdir. Birinci növbədə Rəşid müəllimin qələmi yorğunluq nədi bilməzdi.
Bəs bu sükut ilə öyrənmək və təkidlə öyrətmək həvəsinin mayası hardan idi Rəşid müəllimdə,
Rəşid müəllimin atası İsmayıl müəllim təkcə İsmayıllının yox, bütün respublikanm adlı-sanlı tanınmış müəllimi olub. Onun tərbiyə edib, öyrədib yola saldığı şagirdlər bütün sahələrdə ad qazanıb müəllimlərinin adını doğruldublar. Elə Rəşid müəllim də ilk növbədə ” dizi məkləb olan” İsmayıl müəllimin ” sükut ilə əlifba öyrənən” şagirdi idi. Təxminən keçən əsrin əllinci illərində yazı-pozuya həvəs göstərən qələmsevərlər- yəni bizlər Rəşid müəllimin dalınca baxmışıq, onun qələm fəaliyyətini izləmişik, ona oxşamağa çalışmışıq. Şəxsən mən birinci dəfə Rəşid müəllimlə “Kommunist” qəzetinin redaksiyasında tanış olmuşam. O, qəzetin növbəti nömrəsi üçün öz yazısını makinaya diktə edirdi. İşini bitirib mənimlə söhbət edib, rayondan da hal-əhval tutdu.Tələsirdi, işlərini başa vurmaq istəyirdi. Rəşid müəllim həmişə işgüzar idi. Sonrakı illərdə “Kommunist” qəzetinin redaktoru işləyən vaxtlar da о işgüzarlığı, о məsulliyəti , о diqqəti saxlayırdı. Vəzifəsindən asılı olmayaraq öz işlərini, xüsusiylə də məsuliyyət tələb edən işləri özü görürdü. Bir nazir kimi mətbuatımıza rəhbərlik etdiyi illərdə də mətbuatın inkişafında kitab çapı, kitab ticarətinin təşkilində böyük xidmətlər göstərmişdi, özü də həmin diqqət, qayğı və məsulliyyətlə uca vəzifəsini yerinə yetirmişdi.
1986-cı ildə Azərbaycanda Ədəbiyyat, incəsənət günləri keçirilirdi. Bu tədbirə bütün respublikalardan, xarici ölkəbrdən şairlər, yazıçılar, incəsənət ustaları dəvət olunmuşdular. Demək olar ki, bu möhtəşəm tədbirlər, görüşlər bütün respublikanı əhatə edirdi. Tədbir iştirakçılarının bir qrupu da Zakatalada görüşlər keçirirdi. Zakatalalılar о vaxt rayon partiya komitəsinin birinci katibi Rəşid

müəllimin başçılığı ilə bu görüşləri, bu tədbirləri çox təntənə ilə keçirirdilər. Yaxşı yadımdadır ki, Rəşid müəllim Zakatalanın görməli yerlərini, bu bölgənin mədəniyyət ocaqlarını qonaqlara necə həvəs və diqqətlə, necə də sevgilə təqdim edirdi. Bu tədbirlərdən razı qalmış qonaqların qarşısında Rəşıd müəllim qürur hissi keçirirdi.Mən də bu tədbirlərin iştirakçısı idim. Görüşlərimizin birində Rəşid müəllim xidməti maşınına yaxınlaşıb ordan mənə xüsusi zövqlə işlənmiş qəribə bir fıqurun içərisində о vaxt Zakatalada hazırlanan gül yağı təqdim edib dedi: Şair bu hədiyyə də sənin olsun, qoy şerlərindən həmişə gül ətri gəlsin. Мən elə indi də elə bilirəm ki, şerlərimin hansındasa təbiətin rahiyyəsi varsa, о rahiyyədə Rəşid müəllimin gül payı da var. Bu doğrudan da belədir, “Yaxşı adamları qoruyaq gəlin” şerimi də mən Rəşid müəllim kimi yaxşı adamlara həsr etmişəm. Amma neyləyək ki, ən yaxşı adamları belə ölümdən qoruyub saxlamaq olmur.
Yaratdıqlarını salıram yada.
Adı şərəf, şanla qoşadı getdi,
Gözünün nurunu verdi elinə
Qayğılı bir ömür yaşadı getdi.
Amma el-obada, qəbım adamlarının, ziyalılarımın yanında, Rəşid müəllimin təmiz ruhu var, müqəddəs və həmişəyaşar.

Musa Yaqub

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO