“Mən də bu dünyadan belə keçdim” kitabı işıq üzü görüb

“Adiloğlu” nəşriyyatında şair Yusif Hüseynin “Mən də bu dünyadan belə keçdim” kitabı nəşr edilib.
Şairin oxucularla beşinci görüşü olan bu kitabındakı “Qarabağım”, “İtirdik”, “Kəlbəcərdə qalan dünyam” və başqa şeirlərində yurd-yuva nisgili əks olunub. Əslən kəlbəcərli olan, öz doğma torpağından məcburi köçkün düşən şairin Vətən həsrəti bu şeirlərin leytmotividir. Kitabda iyirmi ilə yaxın müddətdə zorla müharibəyə sürüklənən xalqın acıları, itkiləri bədii dillə oxuculara çatdırılır, sabaha ümid təlqin olunur.
Kitabın bədii redaktoru filologiya elmləri namizədi Adil Cəmildir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO