«Məmməd Nazimoğlu» jurnalının təqdimatı keçirilib

Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Hüquq Salmanov «İstərdim ki, Məmməd müəllimin dostları bundan sonra Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondunun görkəmli jurnalist Məmməd Nazimoğlunun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra tədbirlər planının həyata keçirilməsində yardımçı olsunlar», – deyə qeyd edib. Tədbirdə çıxış edən Məmməd Nazimoğlunun qələm dostları onun haqqında bəhs edən xüsusi buraxılışın hardasa ailə üzvləri, dostları, onu sevən hər kəsə təsəlli olduğunu dilə gətirdilər.

Qeyd edək ki, mərhum jurnalistin doğum günü ərəfəsində (28 sentyabr) M.Nazimoğluya həsr olunmuş xatirə kitabı da işıq üzü görəcək. 2009-cu ildə isə jurnalistin əsərlərindən ibarət kitabın hazırlanması nəzərdə tutulur.

Mənbə: SAMF

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO