Əməkdar jurnalist tələbələrlə görüşüb

Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist, “Qızıl qələm” mükafatı laureatı Əli İldrımoğlu Bakı Slavyan Universitetinin qonağı olub. Modern.az-ın məlumatına görə, tədbiri giriş sözləri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı dosent Səfər Məmmədov Ə.İldırımoğlunun həyatı və yaradıcılıq yolu barədə danışıb. Qonağı salamlayan BSU rektoru Kamal Abdullayev dəvəti qəbul etdiyinə görə Ə. İldırımoğluya minnətdarlığını bildirib.

Ə. İldırımoğlu tələbələri maraqlandıran sualları cavablandırıb onların ustad dərsləri dəvətini böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO