Əməkdar jurnalist Azərbaycanda nümunəvi telekanalın adını çəkdi

Prezident İlham Əliyev son vaxtlar keçirdiyi bir neçə iclasda Azərbaycan telekanallarının hazırladığı bəzi verilişlərdən öz narazılığını ifadə edib. Məsələn, Prezident telekanallarda yad sözlərin çox işlədildiyini və dilimizin saflığının qorunmasının vacib olduğunu bildirib. Nazirlər Kabinetinin son iclasındakı çıxışı zamanı isə İlham Əliyev telekanaların mətbəx verilişlərinə toxunaraq öz narazılığını vurğulayıb.

Bir sıra müstəqil ekpsertlər deyirlər ki, sadlanan qüsurlar daha çox özəl telekanallara şamil olunmalıdır, AzTV və İctimai Televiziya isə bu məsələlərdə nümunə göstərilə bilər.

“Azərbaycanda televiziya kanallarının sayının çoxalması əlamətdar hadisələrdən biridir. Bu müstəqilliklə bağlı bir həqiqətdir. Amma televiziya məkanında olan verilişlər, orada çıxış edən jurnalistlər, aparıcılar, ssenaristlər bizim öz müasirlərmizdir və bunlar müstəqillik dövrünün ab-havasında yaşamağı bacarmalı, demokratik, azad informasiyalı cəmiyət quruculuğunda bilavasitə iştirak etməlidirlər”. Bu sözləri Modern.az saytına açıqlamasında professor, əməkdar jurnalist, Bakı Dövlət Universitetinin kafedra müdiri Şamil Vəliyev bildirib.

O qeyd edib ki, bu mənada media kanalı ciddi təsiredici rola malik olmalı, maarifləndirmə missiyasını daşımalıdır:

“Bu mənada telekanallardan umacağımız, istəyəcimiz çoxdur. Bir sıra məqamlarda bizi, xüsusilə cəmiyyətin intelektual dairələrini qane etməyən məqamlarla rastlaşırıq və bu barədə şübhəsiz ki, həm rəsmi dairədə, həm xalq arasında tənqiqi qeydlər eşidilir, söylənilir”.

“Xalq arasında belə bir deyim var: “Uman yerdən küsərlər”” deyən professor ictimai əxlaq, cəmiyyətin maarifləndirilməsi, elmi informasiyanın təbliği, müasir informasiya texnologiyalarının yeni cəmiyət quruculuğunda iştirakı baxımından Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyətinin rolunun danılmaz olduğunu vurğulayıb.

“Bugün dünya həqiqətlərini, elmi yenilikləri, mədəni islahatları cəmiyyətə çatdıran kanallar rəğbət, reytinq qazanır. AzTV-də çoxsaylı verilişlər – ayrı-ayrı görkəmli şəxsiyətlər, elm, səhiyyə, təsərrüfat, iqtisadiyyat sahəsində çalışan insanlar haqqında çox gözəl protret verilişlər, telefilmlər, sənədli filmlər hazırlanır. Çoxsaylı dublyaj materiallarını biz hər axşam seyr edirik. Bunların seçimində, müasir günümüzlə səsləşməsində seçim xüsusi rol oyanıyır ki, onlara diqqqət etmək və başqa kanalların da buradan öyrənməsi lazımdır”.

Ş.Vəliyev qeyd edib ki, hər sahədə, yaradıcılıq yönümündə, jurnalistikada modelist adımlar atmaq olar.

“Faydalı olacaq şeyləri cəmiyyətə çatdırmaq lazımdır. Bu mənada AzTV-nin Mədəniyət kanalının açılması məndə rəğbət doğurur. Bu kanalın verilişlərini tamaşaçı kimi hər zaman seyr edirəm və həmklarlarımızla fikir mübadiləsi aparırıq”.

O, ana kanalda kadr hazırlığını da yüksək qiymətləndirdiyini deyir. Müsahibimizn sözlərinə görə AzTV-də hazırlaşan, yetişən kadrlar artıq digər telekanallara transfer olublar və orada da peşəkar mühit yaradırlar.

“Bütün xalqlarda dil, nitq mədəniyəti ünsiyyət mədəniyəti deməkdir. Bu mənada Azərbaycan ədəbi dilinin, onun saflığının qorunması, təkmilləşdirilməsinə çalışılması həm milli mədəniyətin qorunması, həm də ictimai ünsiyyət mədəniyyətinin formalaşması deməkdir.

Bu mənada AzTV-nin fəaliyətini yüksək qiymətləndirirəm.Arzulayıram ki, digər kanallarımız da ucuz əyləncələrə, əsası olmayan faktların efirə gətirilməsinə meydan verməsinlər”.

Əməkdar jurnalist bildirib ki, sehrli qutu çox möcüzəkar şeydir və hər ailəyə daxil olur, həmin ailədə öz əks təsirini verir.

“Ona görə biz diqqətli olmalıyıq. Çünki istəyərik ki, cəmiyətimiz sivil cəmiyyət olsun, demokratik cəmiyət quraq, mədəni nailiyyətlərə yiyələnək. Bu mənada bizim əsas tarixi təcrübəsi olan kanalın yaradıcılıq ənənələrindən istifadə etmək vacibdir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO