Mirzə Fətəli Axundov haqqında film

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında film istehsal olunacaq.
Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkiləcək filmə Ramiz Həsənoğlunun quruluş verəcəyi bildirilir. Bu barədə Ramiz Həsənoğlu məlumat verib. R. Həsənoğlu ssenari ilə tanış olduğunu da deyib: “Film Axundovun həyat və yaradıcılığını əks etdirəcək. Filmin əsas personajı da Axundov özü olacaq. Bu obrazı kimin canlandıracağını hələ bilmirəm. Hər halda sınaq çəkilişlərindən ən layiqli namizədlər keçəcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO