Mirzə Fətəli Axundov haqqında film çəkiləcək


Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında film istehsal olunacaq.

Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkiləcək filmə Ramiz Həsənoğlunun quruluş verəcəyi bildirilir. Bu xəbəri Lent.az-a təsdiqləyən Ramiz Həsənoğlunun sözlərinə görə, hazırda müəlliflə nazirlik arasında danışıqlar gedir: “Həm müəllif, həm də nazirliyin kino şöbəsi tərəfindən belə bir niyyət var ki, filmi mən çəkim. Amma hələ rəsmi heç nə yoxdu”.

R. Həsənoğlu ssenari ilə tanış olduğunu da deyib: “Film Axundovun həyat və yaradıcılığını əks etdirəcək. Filmin əsas personajı da Axundov özü olacaq. Bu obrazın kimin canlandıracağını hələ bilmirəm. Hər halda sınaq çəkilişlərindən ən layiqli namizədlər keçəcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO