Milli mətbuatın 135 illiyində çoxlu sayda fəxri ad və mükafatlar veriləcək

Azərbaycan milli mətbuatının yaranmasının 135 illik yubileyilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq yubiley tədbirlərinin həm respublikanın bölgələrində həm də paytaxtda keçirilməsi gözlənir.

APA-nın məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Ə.Amaşov deyib ki yubileylə bağlı tədbirlərə Həsən bəy Zərdabinin anadan olduğu Zərdabdan başlanacaq: “Mətbuatın 135 illik yubileyilə bağlı ölkə prezidentinin imzaladığı sərəncama uyğun olaraq tədbirlər planı hazırlanacaq. Tədbirlər Həsən bəy Zərdabinin anadan olduğu Zərdab rayonundan start götürəcək. Digər bölgələrdə müxtəlif konfranslar keçiriləcək. Son tədbir isə Bakıda düzənlənəcək. Bundan başqa jurnalistikada fərqlənən şəxslər “Əməkdar jurnalist” “Əməkdar mədəniyyət işçisi” kimi adlarla təltif olunacaq. Bununla bağlı jurnalist təşkilatlarına və digər qurumlara müraciət olunub ki jurnalistika sahəsində fərqlənən insanları qiymətləndirmək üçün bizə tövsiyələr versinlər”.

Əflatun Amaşov bildirib ki şuranın təsis etdiyi Ali Media Mükafatı ilə bağlı hələ tam siyahı tərtib olunmayıb: “Həm jurnalist kimi çalışan həm də bu sahənin inkişafına töhfə verən mütəxəssislər Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görüləcək. Bununla bağlı məsləhətləşmələr artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə geniş məlumat veriləcək”.

“Reket jurnalistika ilə mübarizə gedir və monitorinq aparılır. Monitorinqin ümumi nəticələrinə görə Mətbuat Şurasının fəaliyyəti öz bəhrəsini verir”. APA-nın məlumatına görə bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib. Şura sədri bildirib ki həm bölgələrdə həm də Bakıda reket jurnalistika ilə məşğul olan jurnalistlərin və onların təmsil etdiyi qəzetlərin sayı kifayət qədər azalıb: “Reket jurnalistlər Mətbuat Şurasına daxil olan şikayətlər və eyni zamanda monitorinq qrupunun apardığı monitorinq əsasında müəyyənləşir. Ancaq onu da bəyan edim ki reketçiliklə mübarizə tək Mətbuat Şurasının işi deyil. Burada ölkə jurnalistləri ölkə ictimaiyyəti də fəal olmalıdır. Reketçiliklə məşğul olmaq həm də cinayət tərkibli əməllər sayılır. Ona görə hüquq-mühafizə orqanları da bu mübarizədə iştirak etməlidir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO