Milli Kitabxananın fondu zənginləşdirilib

Milli Kitabxananın fondu zənginləşdirilibGörkəmli şərqşünas alim, tarix elmləri doktoru, professor, Rusiya EA-nın Şərqşünaslıq İnistitunun baş elmi işçisi, Moskvada fəaliyyət göstərən “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədr müavini Saleh Əliyevin Azərbaycan Milli Kitabxanasına vəsiyyət etdiyi kitabların təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Milli Kitabxananın direktoru Kərim Tahirov, əməkdar elm xadimi Süleyman Məmmədov çıxış edərək Saleh Əliyevin həyat və yaradıcılığından bəhs ediblər. Məlumat üçün bildirək ki, S. Əliyev iranşünas alim kimi də dünya miqyasında tanınıb. “XIX əsrin ikinci yarısında Azərbaycan, Türkiyə, İraq maarifçilərinin ictimai-siyasi əlaqələrində İstanbulun rolu”, “1978-1979-cu illərdə İran inqilabı səbəblər və nəticələr”, “Müasir İran tarixi”, XX əsrdə İranın siyasi və ictimai inkişafı və neft” monoqrafiyaları alimin seçilən əsərlərindən hesab olunur. Elmi əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO