Milli Kitabxana Gürcüstan azərbaycanlıları üçün 3488 kitab göndərib

M.F.Axundov adına Milli Kitabxana mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə Gürcüstanda azərbaycanlılar yaşayan rayon, kənd kitabxanalarına və tədris müəssisələrinə hədiyyə olaraq 3488 nüsxə kitab göndərib.

Milli Kitabxanadan APA-ya verilən məlumata görə, kitablar Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim edilib. Kitabların 2370 nüsxəsi ölkə prezidentinin sərəncamı ilə latın qrafikasında nəşr edilən Azərbaycan və dünya klassiklərinin əsərlərindən, 1118 nüsxəsi isə Milli Kitabxananın Ehtiyat Mübadilə fondunda olan kitablardan ibarətdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO