Milli Kitab Mükafatında qalmaqal

Bu gün Milli Kitab Mükafatı (MKM) qalibləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Milli Kitab Mükafatının təqdimati zamanı Rəşad Məcidlə Əsəd Qaraqaplan arasında qalmaqal yaşanıb. Bele ki, ən yaxşı gənc yazar mükafatını təqdim etmək üçün R.Məcid səhnəyə dəvət olunub. Mükafatın qalibi Şəhriyar Gərani hazırda hərbi xidmətdə olduğu üçün mükafatı Əsəd Qaraqalpan almaq istəyib. R. Məcid ona “sən gəlmə mükafatı sənə verməyəcəyəm” deyib. Əsəd Qaraqalpan isə mükafatı mən almalıyam deyib. Sonda Nigar Köçərlinin xahişi ile R.Məcid mükafatı Əsəd Qaraqaplan təqdim edib.

Son anda belə Rəşad Məcid atmacasından qalmayıb. O, gənc yazara “sən 4 roman yazmısan, Şəhriyarın bir hekayəsi onların hamısından güclüdür” deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO