Milli Kitab Mükafatının qalibi açıqlanıb

Milli Kitab Mükafatının qalibi açıqlanıbMayın 31-də Milli Kitab Mükafatının qalibinin adı açıqlanıb. Mükafatın təsisçisi Nigar Köçərli münsiflər heyətinin yekun rəyini açıqlayıb:
Birinci yerə – Elxan Qaraqan «A» romanı, ikinci yerə Əjdər Ol Portret hekayələri, üçüncü yerlərə – Samit Əliyev «Sem şaqov v napravlenii zakata» povesti və Fəxri Uğurlu Hekayələr toplusu ilə layiq görülüb.

Qeyd edək ki, müsabiqədə ilk üçlük uğrunda yarışan iştirakçılar bunlar idi:

Şərif Ağayar: “Kərpickəsən kişinin dastanı” (povest)
Əlabbas Bağırov: «Qiyamçı» (roman)
Nəriman Əbdülrəhmanlı: «Yalqız» (roman)
Samit Əliyev: «Sem şaqov v napravlenii zakata» (povest)
Eyvaz Əlləzoğlu: «Odunçu geri qayıdır» (roman)
Elxan Qaraqan: «A» (roman)
Kamran Nəzirli: Hekayələr toplusu
Əjdər Ol: Portret hekayələr
Rafiq Tağı: Hekayələr toplusu
Fəxri Uğurlu: Hekayələr toplusu

Birinci yerin qalibinə 3000 manat, ikinci yerin qalibinə 2000 manat, üçüncü yerin qalibinə 1000 manat mükafat verilib.
Gənclər və İdman Nazirliyinin xüsusui mükafatı Əliabbas Bağırova verilib – 1000 manat.
Bundan əlavə, “1 News” saytı 1000 manat məbləğində xüsusi mükafatını Eyvaz Əlləzoğluna təqdim etdi.
Qeyd edək ki, qaliblər müsabiqənin bundan əvvəl elan olunmuş “qısa siyahısı”- 10 yazarın içindən seçilib. Mədəniyyət və Turizm Nazirliyinin, o cümlədən də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan Milli Kitab Mükafatının əsas onluğuna daxil olan əsərlər artın kitab şəklində çap olunub. Onların kitabxanalarda pulsuz paylanacağı bildirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO