“Əli və Nino” kafesində Milli Kitab Mükafatına (MKM) layiq görülmüş iki kitabın təqdimatı olub. MKM-in onluğuna daxil edilmiş Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” və Samit Əliyevin rus dilində “Günəşin batması istiqamətində 7 addım” (“Sem şaqov v napravlenii zakata”) kitabları “Muğanbank” ASC-nin sponsorluğu ilə işıq üzü görüb. Kitablar kitabxanalara pulsuz paylanacaq. MKM-in onluğuna daxil edilmiş digər kitablar da yaxın günlərdə çapdan çıxacaq.