“Milli Kitab Mükafatının münsifinə inam olmalıdı “

Musa Yaqub: “Hər yerindən duran ədəbiyyatı təhlil edə bilməz” Gülər Nizamiqızı /OLAYLAR İA/ Azərbaycanda keçirilən Milli Kitab Mükafatı ilə bağlı narazılıqlar artmaqdadı. Müsabiqənin keçirilmə qaydalarına, obyektivliyinə inam hələ də azdı. Bununla yanaşı münsiflərdən də giley çoxdu. Xalq şairi Musa Yaqub isə mükafat haqqında bir o qədər məlumatlı olmasa da hesab edir ki, bu şərtlərlə müsabiqə keçirilməməlidi. “OLAYLAR”a açıqlamasında şair bildirib ki, münsiflər heyəti mütləq mütəxəssislərdən ibarət olmalıdı: “Bir halda ki müsabiqə ədəbiyyat sahəsindədi, o zaman mütləq juri üzvləri Azərbaycan Yazıçılar Birliyindən, hörmətli yazıçı və şairlərimizdin ibarət olmalıdı. Münsiflər heyəti tərtib edilərkən, onların hər birinin ədəbiyyat mütəxəssisi olmasına diqqət yetirmək lazımdı. Bu halda münsiflərə inam olmaz. Hər yerindən duran ədəbiyyatı təhlil edə bilməz. Əvvəllər şuralar təşkil olunurdu. Şuralar keçirilir və bədii əsərlər bu şuralardan keçirilirdi. Həmin şuranın sanballı mütəxəssisləri var idi. Mükafat da bu cür şeydi”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO