Milli Kitab Mükafatının “ilk onluğu”

Bu gün “Əli və Nino” kafesində Milli Kitab Mükafatı üzrə “onluğu” elan edilməsinə həsr olunan mərasim keçirilib.

Lent.az-ın məlumatına görə, mükafatın təsisçisi Nigar Köçərli ekspertlər şurasının rəyini açıqlayıb.

Sonra o, “onluğa” düşən naşirlərin adlarını elan edib:

1. Şərif Ağayar (“Kərpickəsən kişinin dastanı” povesti)
2. Əlabbas Bağırov (“Qiyamçı” romanı)
3. Nəriman Əbdürrəhmanlı (“Yalqız” romanı)
4. Samid Əliyev (“Sem şaqov v napravlenii zakata” povesti)
5. Eyvaz Əlləzoğlu (“Odunçu geri qayıdır” romanı)
6. Elxan Qaraqan (“A” romanı)
7. Kamran Nəzirli (Hekayələr toplusu)
8. Əjdər Ol (Portret hekayələr)
9. Rafiq Tağı (Hekayələr toplusu)
10. Fəxri Uğurlu (Hekayələr toplusu).

Bu əsərlər qiymətləndirilməsi üçün Münsiflər Heyətinə təqdim olunacaq. Münsiflər Heyəti ən yaxşı 3 əsəri müəyyənləşdirəcək, may ayında mükafatların təqdimetmə mərasimi keçiriləcək.

Xəyalə

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO