Milli Kitab Mükafatına sahib olmaq üçün rüşvət təklif ediblər

Xəbər verdiyimiz kimi Milli Kitab Mükafatı (MKM) üzrə 20 qalibin adı art ıq müəyyən edilib. MKM-nın təsisçisi, Bakıdakı “Əli və Nino” kitab mağazalarının rəhbəri Nigar Köçərli bildirib ki, müsabiqədə iştirak edən bəzi müəlliflər yaxşı yer əldə etmək üçün təsisçiyə təzyiqlər göstəriblər. “Elan etdiyimiz Milli Kitab Mükafatına əsər təqdim edən bəzi müəlliflər yüksək yer qazanmaq üçün bizə rüşvət təklif ediblər. Pul təklif edən də olub. Hətta kişi ətriyyatları, rayon pendiri, meyvələr gətiriblər. Ancaq sözsüz ki, bunların heç biri qəbul olunmayıb və müsabiqə tam obyektiv keçirilir”,-deyə N.Köçərli bildirib. Sonda təsisçi bir daha bütün iştirakçılara müraciət edib: “Münsiflər və ekspertlər

adından bildirirəm ki, kiməsə zəng etməyə, müxtəlif yollara əl atmağa ehtiyac yoxdur. Biz qalibi zənglər, tapşırıqlar əsasında seçməyəcəyik. Əgər bundan sonra da zənglər olsa, biz tapşırılan əsəri müsabiqədən çıxaracağıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO