Milli kitab mükafatına namizədlərdən daha üçünün kitabı çapdan çıxdı

Milli Kitab Mükafatının 10-luğuna düşmüş əsərlərdən daha üç yazarın – Nəriman Əbdülrəhmanlının “Yalqız” romanı, Əjdər Olun portret hekayələri və Rafiq Tağının hekayələr toplusu kitab şəklində nəşr olunub. Hər üç müəllifin kitab təqdimatı mayın 21-i saat 11.00-da “Əli və Nino” kafesində (Tağıyev küçəsi, 16/18) keçiriləcək.

Kitabları “Əli və Nino” Nəşriyyat Evi “Standard Bank” ASC-nin sponsorluğu ilə çap edib.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO