Milli kitab mükafatı: 265 əsərdən ən yaxşı 20-si seçildi

Milli Kitab Mükafatının ekspertlər şurası müsabiqəyə təqdim olunmuş 265 əsərdən 20-ni seçib. “Media forum” saytı xəbər verir ki, bu əsərlərin adları yanvarın 26-da Milli Kitabxanada açıqlancaq.

Beş nəfərdən ibarət ekspertlər şurası növbəti mərhələdə 10 ən yaxşı əsəri müəyyənləşdirəcək. Onluğa düşən laureatların əsərləri kitab şəklində çap olunaraq kitabxanalara və ali məktəblərə pulsuz paylanacaq. Bu əsərlər münsiflər heyətinə təqdim ediləcək. Fevral-mart aylarında onlar 10 ən yaxşı əsərdən 3-nü müəyyənləşdirəcək və mayın 1-də keçiriləcək təqdimetmə mərasimində həmin qaliblərin adları açıqlanacaq.

Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi isə 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO