Mikayıl Müşfiqin doğum günü qeyd edilir

Azərbaycanın ruhunu, mənəviyyatını öz yaradıcılığında yaşadan görkəmli şair Mikayıl Müşfiqin bu gün doğum günüdür. Müşfiqi bütün nəsillərə sevdirən və adını əbədiyaşar edən onun ürəkdən gələn səmimiyyət dolu poeziyasının xalq ruhu ilə bağlılığı, doğma vətənimizi böyük məhəbbətlə tərənnüm etməsi, qəlbləri ehtizaza gətirməsidir. Mikayıl Müşfiq tariximizdə də, yaddaşımızda da, qəlbimizdə də otuz yaşlı çılğın bir gənc kimi qalacaq. Bəs bu gün doğum günündə onun xatirəsi necə yad edilir? Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu Modern.az-a bildirib ki, görkəmli şairin doğum günü yazıçılar tərəfindən yad edilir.
”Doğum günü ilə bağlı tədbirlər əsasən şairin doğulduğu Xızıda, sonra onun heykəlinin önündə, daha sonra isə şairin adına olan qəsəbə, məktəb və digər yerlərdə keçiriləcək. Mikayıl Müşfiqin yubileyi olanda biz çox yüksək səviyyədə tədbirlərlə qeyd edirik. Bir məqam da var ki, Müşfiqi, ədəbiyyatı, poeziyanı sevənlər özləri də tədbirlər təşkil edə bilərlər və edirlər də. Onu da qeyd edim ki, biz silsilə tədbirləri davam etdiririk. Mirzə Ələkbər Sabirin 150 illik yübileyi ilə bağlı tədbirlər davam edir. Həmçinin də bu gün Əhməd Cavadın 120 illiyi qeyd olunacaq. Tədbir dövlət səviyyəsində Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək“ .
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO