Məşhur qəzet 100 əməkdaşını işdən çıxardı

İqtisadi böhran “New York Times” qəzetini də vurdu.
Amerikanın “The New York Times” qəzeti daha 100 əməkdaşını, yəni redaksiya işçilərinin 8 faizini işdən kənarlaşdırmaq qərarına gəlib.
Qəzet rəhbərliyinin sözlərinə görə, onlar iqtisadi böhran zamanı reklamın əhəmiyyətli dərəcədə azalması səbəbindən bu qərarı qəbul etmək məcburiyyətində qalıblar.Qeyd edək ki, bu, cari il ərzində “The New York Times”da aparılan ikinci belə ixtisardır. Mart ayında qəzet rəhbərliyi analoji addımı ataraq 100 nəfəri işdən çıxarmışdı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO