Dinləmələr artıq bu gün başlayır. Qeyd edək ki, noyabrın 17-də məhkəmə prosesin açıq rejimdə aparılması haqqında qərar qəbul etmişdir. Bunu həm jurnalistin yaxınları, həm də vəkilləri istəyirdi. Qapalı məhkəmə iclasını isə cinayət işində gizli sənədlərin olduğunu deyən istintaq tələb edirdi. Elə həmin gün məhkəmə 10 milyon rubl dəyərində Anna Politkovskayanın övladlarının mənəvi ziyanın ödənilməsi haqqında iddiasını qəbul etmişdir.
Xatırladaq ki, Anna Politkovskaya 2006-cı ilin oktyabr ayında Moskvadakı evinin girişində qətlə yetirilmişdir. «Novaya qazeta» nəşrinin icmalçısının qətlində Cabrayıl və İbrahim Mahmudovlar qardaşları və Sergey Hacıqurbanov günahlandırılır. İstintaqın məlumatına görə, qətlin icraçısı Rüstəm Mahmudov beynəlxalq axtarışdadır.
Mənbə: lenta.ru