Məhkəmə jurnalistin iddiasını rədd edib

Dünən 1saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Ədliyyə Nazirliyi tərəfindən “İctimai Maraqların Müdafiə Mərkəzi” ictimai birliyinin qanunsuz olaraq qeydiyyata alınmaması ilə bağlı məhkəmə iclası keçirilib.

“Qafqazinfo” xəbər veriri ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak etməyib. Nazirlik məhkəməyə yazılı etiraz göndərib və öz arqumentlərini bu yolla əsaslandırmağa çalışıb.
Məhkəmə prosesi bir neçə dəqiqə çəkib və sonda hakim Elçin Məmmədov iddianın təmin olunmadığını elan edib.

Jurnalistin vəkili Yaşar Ağazadə isə bildirib ki, onlarda Ədliyyə Nazirliyinə qarşı otuzdan çox belə iş olsa da, bu günə qədər məhkəmələr bu səpkili iddiaları bir qayda olaraq təmin etməyib: “Həm yerli məhkəmə Ədliyyə Nazirliyinə qarşı olan iddiaları təmin etmir, həm də apelyasiya instansiyası şikayətləri rədd edir. Ali Məhkəmədə bir qayda olaraq bu səpkili işlərdə Ədliyyə Nazirliyinə qarşı iddiaları təmin etmir. Görünür məhkəmə sisteminə nazirliyin təsir imkanları olduğundan belə hallar üzrə obyektiv qərar çıxarılması mümkün olmur”.

Qeyd edək ki, jurnalist Nemət Orucov (Hüseynli) Ədliyyə Nazirliyiyinin qeydiyyat və notariat baş idarəsinə qarşı iddia qaldırıb. Jurnalist iddia ərizələrində təssis etdikləri “İctimai Maraqların Müdafiə Mərkəzi” ictimai birliyinin qeydiyyata alınmamasınin qanunsuz hesab edilməsini və məhkəmə tərəfindən qeydiyyata alınması ilə bağlı qərar çıxarılmasını tələb edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO